Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
7-02-2019, 12:01 Oxunub: 153

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür


Bu gün Azərbaycanın qeyrətli oğullarından biri, Milli Qəhrəman, adı dillərə dastan olan Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il, fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.

M.İbrahimov 2010-cu ilin, iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini isə yaralamışdır. Milli Qəhrəman bu amansız döyüşdə şəhid olmuşdur.

Hərbçimizin cəsədini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf - Ermənistan gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun cəsədlərini Azərbaycana təhvil vermişdir.

Mübariz İbrahimov 7 noyabr, 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalamışdır.

Biləsuvar rayonunda orta məktəbə və küçəyə, “Palmali” Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmişdir. Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq nümunə olacaqdır.

Mübariz İbrahimovun əziz xatirəsi ona yazılan yüzlərlə şeirdə, hekayədə, kitablarda və mahnılarda daim yaşayacaq. O, təkcə bu günün deyil, gələcək nəsillərin də əsl qəhrəmanına çevriləcək . Azərbaycan gəncliyi Mübariz İbrahimov kimi igidlərimizlə qürur duyur.
XƏBƏR LENTİ
Bu gün, 11:11 | Ceyranbatan bağçasında Savad təlimindən açıq məşğələ keçirildi.Bu gün, 10:37 | Əbilhəsən Dilavərliyə qızıl medal təqdim edildi (Video+Foto)Dünən, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizDünən, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniDünən, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Dünən, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarDünən, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibDünən, 10:08 | Google Docs APİ təqdim olunduDünən, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb15-02-2019, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir15-02-2019, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"15-02-2019, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"15-02-2019, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdi15-02-2019, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb15-02-2019, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"15-02-2019, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb15-02-2019, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir15-02-2019, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib15-02-2019, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib15-02-2019, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək15-02-2019, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub15-02-2019, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib