Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyev Mərkəzində "Heksameron" əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq

Tarix:13-02-2019, 14:43

Heydər Əliyev Mərkəzində "Heksameron" əsəri 6 ölkə pianoçularının ifasında təqdim olunacaq


Martın 7-də Azərbaycanda ilk dəfə olaraq "Heksameron" əsəri 6 ölkə pianoçularının birgə ifasında Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Konsert proqramında Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər.

"Heksameron" fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar" operasından "Puritan marşı" mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən "Heksameron" əsəri dünyada nadir hallarda ifa olunur.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsert proqramında "Heksameron" əsərini Azərbaycandan Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada 6 royalda ifa edəcəklər. Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Repertuara eyni zamanda pianoçuların solo və orkestrlə çıxışları da daxildir.

"Heksameron" əsərinin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və əsərin strukturu, 6 bəstəkarın həmmüəlliflik konsepsiyası də bununla bağlıdır.

1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferens List 5 həmkarı ilə birgə "Puritanlar" operasından "Puritan marşı" mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Siqizmund Talberq olub.

Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 20, 30, 50, 70 və 100 AZN-dir. Biletləri Mərkəzin kassası və iTicket.az satış məntəqələrindən və saytından əldə etmək olar.

Pianoçular:

Murad Hüseynov Azərbaycan Respublikasının Xalq artisti, beynəlxalq müsabiqələr laureatıdır. Fransa, Böyük Britaniya, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan, Latviya, Çin və digər ölkələrdə Azərbaycan ifaçılıq mədəniyyətini təmsil edib. İ.S.Bax adına Beynəlxalq klassik musiqi festivalı (İstanbul, 2000-ci il), Fortepiano festivalı (İstanbul, 2000-ci il), Fortepiano festivalı (Xirosima, 2002-ci il), "Musiqili Kreml" festivalı (Moskva, 2004-cü il) və digər nüfuzlu tədbirlərdə iştirak edib. London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri, İsrail Simfonik Orkestri, Xirosima Simfonik Orkestri, "Yeni Rus kvarteti" kimi bir sıra tanınmış orkestr və kollektivlərlə birgə konsertlər verib. 2011-ci ildə Fransa Senatının medalı, 2012-ci ildə isə Fransanın "İncəsənət və ədəbiyyat" ordeni, həmçinin Macarıstanın "Ləyaqət ordeninin cəngavərlik xaçı" ilə təltif edilib.

Nikolas Rot Şimali və Cənubi Amerikada, Avropa və Asiyada mahir ifaçı və pedaqoq kimi tanınır. Tortona və Pietra Liqure şəhərlərində keçirilmiş kamera musiqisi müsabiqələrində mükafatlar qazanıb.

Almaniyalı pianoçu Katarina Troytler Avropa, Asiya və ABŞ daxil olmaqla dünyanın əksər yerlərində solo konsertlər verib. Solist kimi London Simfonik Orkestri, San-Fransisko Simfonik Orkestri, Tokio Filarmoniya Orkestri, Baltimor Simfonik Orkestri, Reyn Filarmoniya Orkestri, San-Diyeqo Simfonik Orkestri, Stokholm Filamoniya Orkestri kimi tanınmış musiqi kollektivləri ilə çıxış edib. Almaniyada Braunşveyq klassik festivalı, Kiprdə Faros beynəlxalq kamera musiqisi festivalı kimi nüfuzlu festivallara dəvət alıb.

Çinli pianoçu Yundi Xu Parisdə keçirilən 20-ci "Alov" və gənc pianoçuların "Steynvey" ("Steinway"), Polşada 12-ci beynəlxalq Şopen, Belçikada 36-cı Andre Şarle müsabiqələrində 1-ci yer qazanıb. ABŞ-da 1-ci Olqa Kern Beynəlxalq Piano Müsabiqəsində Vladimir Spivakov Xeyriyyə Fondunun xüsusi mükafatına layiq görülüb. Müxtəlif festivallarda, Fransa, Polşa, Rusiya, Tayvan və ABŞ-da konsertlərdə çıxış edib.

Rusiya Federasiyasından olan Rustem Saytkulov dünyada tanınmış pianoçudur. O, Sürixdə Geza Anda, Parisdə Marqarita Lonq adına və digər müsabiqələrin laureatı, Roma və Monte-Karloda isə pianoçuların müsabiqələrində qalib olub. Çin, Yaponiya, Argentina, Braziliya, Çili, ABŞ, Kanada, Meksika, Cənubi Afrika Respublikası, Avstraliya, eləcə də Avropanın ən nüfuzlu zallarında konsertlər verib. London, Paris, Sankt-Peterburq, Praqa, Sürix, Pekin və Tokionun böyük simfonik orkestrləri ilə çıxış edib.

Yaponiyalı panoçu Atsuşi İmada Böyük Britanya, Fransa, Belçika, Almaniya, Braziliya və Yaponiyada çıxışlar edib. Bir sıra beynəlxalq festivalların iştirakçısı, o cümlədən Yaponiyada keçirılmiş müxtəlif musiqi yarışmalarının, 2016-cı ildə Belçikada Kraliça Yelizaveta müsabiqəsinin, 2018-ci ildə Şopen Fondunun laureatı olub.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır