Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
26-04-2019, 17:39 Oxunub: 309

Macarıstanla mədəni əlaqələr inkişaf edir

Macarıstanla mədəni əlaqələr inkişaf edir

Macarıstanda səfərdə olmuş Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu ölkənin İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş olmuşdur. Bu barədə Mədəniyyət Nazirliyindən bildirmişlər.

Görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə etmiş və mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalamışlar.

Görüş zamanı xanım Orsolya Paçay-Tomaşiç təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük dövlət qurumu olduğunu bildirmişdir. Macarıstan rəsmisi imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağına ümidvar olduğunu diqqətə çatdırmışdır. Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən Dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirmişdir.

Macarıstanla türkdilli dövlətlər arasında münasibətlərə toxunan xanım Orsolya hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri isə öz növbəsində iki ölkə arsında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə etmişdir.. Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
XƏBƏR LENTİ
Bu gün, 10:40 | Abşeronda daha bir bağça təmir edilir-FOTOLARBu gün, 09:30 | Abşeron RİH başçısı iftar verdi-FOTOLARDünən, 17:24 | Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.20-05-2019, 15:48 | İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub20-05-2019, 15:41 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi20-05-2019, 15:10 | Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb19-05-2019, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.19-05-2019, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub15-05-2019, 13:54 | DTV-Ceyranbatan 1 nömrəli məktəbdə Gənc Alimlərlə görüş keçirldi14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi