Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşəbbüsü ilə gerçəkləşən XI Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri sırasında Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndə ixtisası üzrə 5-ci sinif şagirdi Səkinə Qasımovada (müəllimi Qasım Əliyev) var. Azərbaycan da daxil olmaqla 9 ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçisinin iştirakı ilə baş tutan 11-ci Beynəlxalq Uşaq Muğam Festivalında Səkinə Qasımova (Azərbaycan) ikinci yerə layiq görülüb və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından sertifikat və xatirə hədiyyəsi ilə mükafatlandırılıb
Şamo Əliyev