Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin və Qobu qəsəbə uşaq incəsənət məktəbinin kollektivləri Gürcüstanda səfərdə olublar.
Tbilisi şəhərində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirdə iştirak edən məktəb şagirdləri xalq mahnı və muğamları ilə yanaşı, Nəsimin qəzəllərindən parçalar ifa ediblər.
Kollektiv, həmçinin Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Səfər çərçivəsində abşeronlu gənc musiqiçilər Tbilisidə keçirilən “Apolon-2019” beynəlxalq festivalına qatılaraq maraqlı konsert proqramı ilə çıxış edib, diplom və hədiyyələrlə mükafatlandırılıblar.