Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Tamara Hümbətovanın 90 illik yubileyi qeyd olundu

Tarix:26-12-2019, 19:45

Tamara Hümbətovanın 90 illik yubileyi qeyd olundu


Dekabrın 25-də Abşeron və İsmayıllı rayonlarında uzun müddət birinci katib işləmiş Tamara Əhməd qızı Hümbətovanın 90 illik yubileyi qeyd olunub.
Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri yubilyarın evində olub Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından yubilyara təbrik məktubu və qiymətli hədiyyə təqdim ediblər.

Məlumat üçün bildirək ki , Tamara Əhməd qızı Hümbətova 1929-cu il dekabr ayının 25-də Gəncə şəhərində həkim ailəsində anadan olub.
Orta məktəbi qurtaran ili Tamara xanım Kənd Təsərrüfatı İnstitutuna daxil olur. İnstitutu qurtaranda onu İqtisadiyyat kafedrasında assistent vəzifəsində saxlasalar da, ürəyində daha böyük arzuları vardı - oxumaq, irəli getmək. Elə bu niyyətlə iki il sonra Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda aspiranturaya qəbul olur.

Bir müddət Gəncə (o vaxtkı Kirovabad) Şəhər Partiya Komitəsinin Təşkilat şöbəsində kənd təsərrüfatı üzrə müavin vəzifəsində çalışır. Sonra elmi iş onu yenidən özünə çəkib və ona görə dissertasiya müdafiəsindən sonra Bakıya köçüb, Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyətini davam etdirib. Az keçməmiş Mərkəzi Komitəyə inspektor vəzifəsinə dəvət ediblər. Beləliklə, onun partiya-dövlət işində ikinci fəaliyyət dövrü başlayıb. 1974-cü ilə kimi həmin vəzifəni yerinə yetirib.

1974-cü ilin əvvəlində Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev Tamara Hümbətovaya İsmayıllı rayonunda birinci katib işləməyi təklif edir. İşlədiyi İki il ərzidnə İsmayıllıda hamının sevimlisinə çevrilir. Gərgin fəaliyyətinə görə Tamara Hümbətova ilk yüksək mükafatını - Qırmızı Əmək Bayrağı ordenini də İsmayıllıda alır.

Tamara Hümbətovanın fəaliyyətinin ən qızğın dövrü isə Abşeronla bağlıdır. 1975-ci ilin axırlarında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev işgüzarlığını, təşkilatçılıq bacarığını görərək onu Abşeron rayonuna birinci katib vəzifəsinə gətirir.

O dövrün - 1975-1983-cü illərin mətbuatı Tamara Hümbətovanın iş üslubundan, nailiyyətlərindən gen-bol yazılar dərc edirdi. Bu xidmətlərinə görə 1980-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. Tamara Hümbətovanın üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyəti də bu illərə təsadüf edir.

Tamara Hümbətovanın 90 illik yubileyi qeyd olundu
Tamara Hümbətovanın 90 illik yubileyi qeyd olundu
Tamara Hümbətovanın 90 illik yubileyi qeyd olundu

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib