Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində maraqlı konsert proqramı ilə çıxış edib.
Regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunmuş konsertdən öncə hər iki məktəbin direktoru Camal Həsənov və Əməkdar müəllim İkram Manafov çıxışlarında belə əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə qonaq məktəbin xor kollektivinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin, skripka, kamança, qanun, nağara, qarmonçalanlar ansambllarının ifaları alqışlarla qarşılanıb.
Sonda xatirə hədiyyələri təqdim edilib.