Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dilşad Abbasovanın 70 yaşı tamam oldu

Tarix:30-07-2020, 20:38
Baxış Sayı:1 035

Dilşad Abbasovanın 70 yaşı tamam oldu

Bu gün 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasovanın doğum günüdür. Dilşad xanımın 70 yaşı tamam olur. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları yubilyarın evində olub, Abşeron RİH başçısı İradə Gülməmmədovanın adından yubilyara təbrik məktubu və qiymətli hədiyyə təqdim ediblər.

Məlumat üçün bildirək ki, Dilşad Salman qızı Abbasova 1950-ci il iyul ayının 30-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ziyalı ailəsində anadan olub. 1956-cı ildə Ordubad rayonunun S.Vurğun adına 1 nömrəli orta məktəbinə qəbul edilib, 1967-ci ildə bitiririb. 1967-1971-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda ADMİU) “Mədəni-maarif işi” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

D.Abbasova ilk əmək fəaliyyətinə 1972-ci ilin iyul ayının 21-də Mədəniyyət Nazirliyinin təyinatı ilə Abşeron Rayon Mədəniyyət şöbəsində başlayıb. Həmin ildən 1983-cü ilə qədər Abşeron Rayon Mədəniyyət şöbəsində müdir və müxtəlif vəzifələrdə çalışıb. 1983-cu ilin fevral ayından Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində sədr müavini, həmin ilin noyabr ayından 1991-ci ilə qədər isə rayon partiya komitəsində fəaliyyətini davam etdirib.Oxumaq, öyrənmək daim bu barədə irəliyə getmək həvəsi Dilşad Abbasovanı 1991-ci ildə Bakı Ali Partiya Məktəbinə (indiki Dövlət Idarəçilik Akademiyasına) gətirib çıxardır. D.Abbasova 1991-1996-cı illərdə Abşeron rayonunda Məişət Xidməti Kombinatının direktoru vəzifəsində işləyib, 1996-cı ildən 2005-ci ilə qədər isə fərdi sahibkarlıqla məşğul olub. Dilşad Abbasova 2006-cı ilin sentyabr ayının 12-dən bu günə kimi 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri vəzifəsində çalışır.

İşlədiyi müddətdə dəfələrlə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və diplomlarla , 2006-ci ildə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilib.

Ailəlidir. 2 övladı və 4 nəvəsi var.

Həyat yoldaşı Əməkdar incəsənət xadimi Çingiz Qurban oğlu Abbasovdur. Ç.Abbasov AZTV-nin Musiqi Verilişləri Redaksiyasında Xalq Musiqisi şöbəsinin böyük redaktorudur. Neçə-neçə sənətçinin yaradıcılıq yolunun araşdırılmasına böyük zəhmət sərf edib, Azərbaycan Televiziyasının “Qızıl Fond”unun zənginləşməsinə töhfəsini verib. Xalq musiqisi və muğamların təbliğindəki xidmətlərinə görə, “Min bir mahnı” mükafatına layiq görülüb. Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Dilşad Abbasovanın 70 yaşı tamam oldu

Dilşad Abbasovanın 70 yaşı tamam oldu

Dilşad Abbasovanın 70 yaşı tamam oldu

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Abşeronda gənclərlə video konfrans keçirildi
Abşeronda gənclərlə video konfrans keçirildi
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Yeni Təhsil naziri kimdir?
Yeni Təhsil naziri kimdir?
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Respublikada 22 su kanalı yenidən qurulacaq
Respublikada 22 su kanalı yenidən qurulacaq
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Ağdamın işğalından 27 il ötür
Ağdamın işğalından 27 il ötür