Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
7-01-2015, 17:54 Oxunub: 1238

“Azbentonit” MMC

"Azbentonit” MMC öz fəaliyyətinə 2004-cü ildə dövlət başçısı Cənab Prezident İ. Əliyevin də iştirak etdiyi rəsmi açılış mərasimindən sonra başlamışdır. Müəssisənin yaradılmasında əsas məqsəd respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir.
Bu məqsədlə ilk öncə müəssisənin çevik idarəetmə strukturu yaradılmış, bütün aparıcı sahələr üzrə yüksək ixtisaslı kadrlar seçilib yerləşdirilmiş və ən əsası bütün texniki qərarların qəbulu prinsipi əsas götürülmüşdür. Zavodun strukturunda elmi-istehsalat şöbəsi və onun elmi-tədqiqat bazası olaraq güclü müasir və demək olar ki, kifayət qədər universal mərkəzi-sınaq laboratoriyası yaradılmışdır. Azərbaycanda ilk dəfə olaraq müxtəlif təyinatlı bentonit tozunun, daha sonra isə Rusiya klinkeri və yerli mineral aktiv əlavələr əsasında müxtəlif markalı portland sementin, gipsin, kalsitin, 40-dan çox boya məhsullarının, quru inşaat qarışıqlarının, o cümlədən, gips məhsullarının, kafel-metlax yapışdırıcılarının, özüyayılan, hidroizolyasion, istilikizolyasion, hörgü və suvaq qarışıqlarının, dekorativ suvaq qarışıqlarının, əhəngin və söndürülmüş əhəngin, dekstrinin istehsalı və yüksək səviyyədə qablaşdırılması işi təmin olunmuşdur.
Hazırda zavodun məhsuldarlığına, eləcə də təyinatına və prinsipinə görə fərqlənən 15 texnoloji xəttdə əlavə olaraq ən müxtəlif məqsədlər üçün qarışıq tozların, odadavamlı mertel tozlarının, polimer sənayesi üçün mineral toz əlavələrinin istehsalı planlaşdırılır. Yeni iş yerlərinin açılması ilə bağlı dövlət proqramına uyğun olaraq müəssisədə yeni istehsal sahələrinin təşkili işi mütəmadi olaraq davam etdirilir. 
Bütün bunlarla yanaşı müəssisədə işləyən işçilərin sosial problemlərinin həlli, istirahətlərinin səmərəli təşkili üçün, eləcə də əməyin təhlükəsizliyi və mühavizəsi, ətraf mühitin qorunması ilə əlaqədar kompleks tədbirlər planı hazırlanıb həyata keçirilir. Müəssisə yeməkxana və bufet, mükəmməl idman kompleksi, trenajyor zalı ilə təmin olunmuş, işçilərin xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması təşkil edilmişdir.
 
 
 
 

 

XƏBƏR LENTİ
20-09-2019, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib20-09-2019, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi