Bu ilin yanvarın 1-dən yaşa görə orta aylıq pensiya 233 manat 68 qəpikdən 5,7 faiz artaraq 247 manata yüksəlib. Həmin qaydaya uyğun olaraq əlliliyə görə orta aylıq pensiya 175 manatdan 185, ailə başçısını itirməyə görə 164 manatdan 173,3 manata çatdırılıb.
Bu barədə əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Onun verdiyi məlumata görə, pensiya təminatı barədə ölkə Prezidentinin son Sərəncamından sonra pensiyaların minimum məbləği 208,36 manatdan 220,23 manata yüksəlib.