Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
13-03-2018, 10:03 Oxunub: 353

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir



Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək
oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranıb. Novruz
şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi
gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə
paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel
çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
XƏBƏR LENTİ
Dünən, 11:18 | Yeni Apple kompüterlərində Linux olmayacaqDünən, 11:16 | Deputatımız Şimali Kiprdə səfərdədir12-11-2018, 10:49 | Azərbaycanda Konstitusiya Günüdür12-11-2018, 10:46 | Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar12-11-2018, 10:44 | Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur10-11-2018, 19:56 | İradə Gülməmmədova şahmat üzrə üçqat Avropa çempionu ilə görüşdü- FOTO10-11-2018, 11:18 | Süni intellektli ilk bankomat istifadəyə verilib10-11-2018, 11:16 | Çikaqoda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib10-11-2018, 11:12 | Azərbaycan ilə Türkiyə arasında QHT-lərlə bağlı memorandum imzalanıb9-11-2018, 19:05 | Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar9-11-2018, 16:44 | Ceyranbatan 1 nömrəli məktəbdə Bayraq Günü tədbiri-Video9-11-2018, 15:25 | Xırdalanın 23 saylı bağçasında Dövlət Bayrağı Günü qeyd olunub (Foto+Video)9-11-2018, 15:09 | Xırdalan şəhər 3 saylı uşaq bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi.9-11-2018, 09:27 | 100 yaşlı Dövlət bayrağımız8-11-2018, 19:36 | Abşeronda Dövlət Bayrağı Günü münasibətilə ümumrayon bayramı keçirildi8-11-2018, 10:00 | "Xiaomi" ən ucuz noutbuk təqdim edib8-11-2018, 09:58 | Xiaomi Mi 9 bir ilk olacaq8-11-2018, 09:54 | Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi8-11-2018, 09:46 | Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi8-11-2018, 09:11 | Məmmədli bağçasında Dövlət bayrağı günü ilə əlaqədar bayram tədbiri keçirilib7-11-2018, 22:18 | Masazır 3 nömrəli məktəbdə “Bayraq günü” ilə bağlı flaşmob-Video7-11-2018, 21:49 | Ceyranbatan 1 saylı məktəbin Bayraq Günü fləşmobu - Video