İlk dəfə səs verən gənclər üçün Novruz bayramı münasibətilə martın 17-də Bakı İdman Sarayında mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər təşkilatlarının üzvləri, ilk dəfə səs verən gənclər iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi, gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili məqsədilə keçirilib.