Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Tarix:23-03-2018, 02:16

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...


Balkanlarda yaşayan və təhsil alan azərbaycanlı gənclərin yığıncağının Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə qəbul etdiyi

MÜRACİƏT

Möhtərəm cənab Prezident!

Biz Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan və təhsil alan azərbaycanlı gənclər Avropada 2 milyon müsəlmanın yaşadığı BvH-nin paytaxtı Sarayevo şəhərindən bəyan edirik ki, vətəndən uzaqda olsaq da bu gün ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərini, inkişafı, həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatları diqqətlə izləyir və dövlətimizin həm daxildə həm də beynəlxalq aləmdəki hər bir uğuru ilə qürur duyuruq. Hazırda dünyada baş verən böhranlı vəziyyətə, qanlı döyüşlərə, çaxnaşmalara, terror aktlarına baxmayaraq ölkəmizdə sabitliyin qorunması və iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən siyasət bizi sevindirir. Bu xüsusda, Azərbaycan dövlətinin apardığı islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektoru inkişaf edir, bu sahələrdə ələlxüsus, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sahəsində nəzərə çarpan inkişaf göz qabağındadır.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri qovşağına çevrilməsi, onun qüdrətinin və imicinin artmasına xidmət edir.

Təbii ki, bütün bu uğurlarımızın təməlində əsası müstəqil Azərbaycan dövlətinin xilaskarı ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin siyasi, iqtisadi-sosial və mədəni həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf dayanır.

Min bir iztirab və məşəqqətlə 100 il bundan öncə Məmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəli Xan Xoyski və digərləri tərəfindən qurulmuş Azərbaycan Demokratik Cumhuriyyətinin süqutunu hazırlayanlara qarşı Azərbaycan xalqı bir daha öz mübarizliyini nümayiş etdirərək qanı və canı bahasına əldə olunmuş müstəqilliyimizi gələcək nəsillərə yenidən bəxş etdi.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət onun regionda, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Müasir dövrün reallıqlarından biri kimi qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan Avropa və Avro-atlantik qurumları ilə yanaşı
dünyanın digər nüfuzlu regional və beynəlxalq strukturları ilə uğurla əməkdaşlıq etməsi ölkəmizin milli və dövlətçilik maraqlarının geniş miqyasda təmin edilməsində həlledici amildir. Bundan əlavə sivilizasiyalararası və dinlərarası dialoqun gücləndirilməsi, tarixi ənənələrə söykənən dini dözümlülüyün təşviqi istiqamətində həyata keçirilən iri miqyaslı beynəlxalq tədbirlər şərq-qərb arasında Azərbaycanın körpü rolunu artırmaqla ölkəmizi dünya mədəniyyətlərinin qovşağına çevirir.

Sizin Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin bütün təzyiq və təsirlərə baxmayaraq beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həlli istiqamətində yürütdüyünüz qətiyyətli siyasət dünya ictimaiyyətində və nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini gücləndirir. Ordu quruculuğu sahəsinə xüsusi diqqət ayırmaqla, ələlxüsus gənclərə vətənpərvərlik, milli dəyərlərə bağlılıq hissinin aşılanması, onların torpaqlarımızın azadlığı uğrunda mübariz ruhda tərbiyə olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirirsiniz. 2016-cı ilin aprel hadisələri zamanı qüdrətli ordumuzun, hər bir azərbaycanlının, xüsusilə Azərbaycan gəncliyinin tarixi torpaqlarımızı işğaldan qurtarmağa hər an hazır olduğunu nümayiş etdirməsi buna əyani sübutdur. Sizi əmin edirik ki, bizlər-Avropanın bu coğrafiyasında yaşayan Azərbaycan gəncləri vətənimizin ərazi bütövlüyünün bərpası üçün hər zaman müsəlləh əsgərdir.

Ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə göstərilən dövlət qayğısı göz önündədir. Dövlətimizin Azərbaycan elminə, yaradıcı ziyalılarına, mədəniyyətinə, tarixinə, adət-ənənələrinə diqqəti mühüm önəm daşıyır. Azərbaycan gəncliyinin, onun sağlam həyat tərzinin, habelə son illərdə idman sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərində, o cümlədən beynəlxalq olimpiyaidman yarışlarında qazandığımız qələbələrlə bayrağımızın yüksəlməsində Sizin rolunuzdanılmazdır.

Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı aparılan mübarizə hər bir Azərbaycan vətəndaşının maraqlarına xidmət edir və bu tədbirlər ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə təminat yaradır. Azərbaycanın tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda müasir dəyərləri özündə birləşdirən bir ölkə kimi tanıdılması yönündə təbliğat işlərinin daha da genişləndirilməsi zəruridir. Bu məqsədlə biz, xaricdə yaşayan azərbaycanlı gənclər də dövlətimizin səylərinə dəstək olmalı, fəaliyyətimizdə Azərbaycanın uğurlarını və haqq səsini geniş ictimaiyyətə çatdırmalı, tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı ölkəmizin sülhsevər, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və ümumtanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənən ədalətli mövqeyini təbliğ etməliyik.

Hər bir Azərbaycan övladını, soydaşlarımızı harada yaşamasından, çalışmasından, siyasi mənsubiyyətindən asılı olmayaraq məşəqqətli tarixlərdən keçən ulu xalqımızın bizə əmanət etdiyi və gələcək nəsillərə ötürməyi özümüzə müqəddəs borc bildiyimiz mənəvi-əxlaqi, tərbiyəvi, ailə dəyərlərini göz bəbəyi kimi qorumağa, riayət etməyə və istənilən halda ona davranışımızla sadiq qalmağa çağırırıq.

Son zamanlar müxtəlif internet səhifələrində, sosial şəbəkələrdə bir sıra ölkələrdə yaşayan bəzi həmvətənlərimizin səsləndirdikləri xoşagəlməz ifadələr bizi çox sarsıdır.
Bu ifadələr tarixən sahib olduğumuz etik və əxlaq normalarına qəti sığmır və xalqımıza, dövlətimizə, onun atributlarına bağlı olan xaricdə yaşayan bizləri olduqca məyus edir. Bu xüsusda həmin ifadələrin kimin tərəfindən səsləndirilməsindən asılı olmayaraq əleyhinə olduğumuzu qətiyyətlə bildirir və onları birmənalı olaraq qınayırıq. Təbii ki, hər bir fərdin müstəqil fikir yürütmək və onu azad ifadə etmək hüququ vardır. Lakin, bu sivil yolla, etik qaydalar çərçivəsində, heç bir şəxsin ləyaqətinə toxunmadan ifadə olunmalıdır.

Hörmətli cənab Prezident,

Sizi əmin edirik ki, Balkanlarda yaşayan Azərbaycan gəncləri ölkəmizdə güclü dövlətçiliyin qorunub saxlanılması, davamlı ictimai-siyasi sabitliyin və iqtisadi-sosial inkişafın təmin edilməsi, vətənimizin günü-gündən qüdrətlənməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi ilə bağlı yürüdülən siyasi kursunuzu tam dəstəkləyir və hər zaman olduğu kimi bundan sonra da öz üzərinə düşən vətəndaşlıq borcunu böyük məsuliyyətlə, ləyaqətlə, sədaqətlə və vicdanla yerinə yetirməyə hazırdır. Siz təkcə ölkəmizdə deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbi vətən eşqi ilə döyünən bütün azərbaycanlıların sevimlisi və liderisiniz. Hazırda ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq, habelə xalqla onun seçib dəstəklədiyi Prezident arasında birbaşa etimad, ünsiyyət və inam mövcuddur.

Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə, öz fəaliyyətinizdə xalqımızın etimadını, dəstəyini qazanmış hər birimizin prezidenti, ölkəmizdə əmin-amanlığın, bu günə qədər əldə edilmiş nailiyyətlərin təminatçısı kimi hər zaman yanınızda olduğumuzu bildirir, Sizi dəstəkləyir, bu dəstəyi bundan sonra da davam etdirəcəyimizi qətiyyətlə bəyan edirik. Bununla yanaşı, ölkəmizdən kənarda yaşayan, vətənini sevən hər bir azərbaycanlını da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dətəkləməyə çağırırıq.

Sizə seçkilərdə qələbə, yeni-yeni uğurlar, xalqımıza tərəqqi, əmin-amanlıq arzulayır, müstəqil Azərbaycanın daha da möhkəmlənməsində və qarşıdakı problemlərimizin həllində böyük Allahın yardımını diləyirik!

Müraciəti qəbul edən 241 nəfər azərbaycanlı gənc adından:

1. Toğrul Həsənov
2. Əfrayıl Mehdiyev
3. Elvin Ağazadə
4. Əziz Şahüseynov
5. Rəşad Əliyev
6. Rəşad Rəsullu
7. Fərid Muradov
8. Zaur Məmmədov
9. Ceyhun Abdullayev
10.Seyran Mirzəzadə
11.Zümrüd Quliyeva
12.Fikrət Nəcəfov
13.Elşən Rüstəmov
14.İbrahim Hüseynov
15.Rasim Ziyadxanov
16.Məmməd Əlizadə
17.Nuranə Quliyeva
18. Yusif Abbasov
19.Lalə Abbasova
20.Ramil Cəfərli
21.Əlixan Həsənov
22.Elnur Rəhimli
23.Şahin Hacıyev
24. Gülbahar Hacıyeva
25.Elxan Osmanov
26.Rəsul Abbaszadə
27.Ayaz Əliyev
28.Bəhruz Hüseynov

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib