Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni bina inşa edilib.

Tarix:13-04-2018, 22:05

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni bina inşa edilib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün yeni mənzillərin inşa etdirilməsi istiqamətində işlər ildən-ilə gücləndirilir. Ötən il bu təbəqələrə aid vətəndaşlardan ibarət 315 nəfər mənzil və ya fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Qeyd edək ki, bu vaxta qədər 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinə verilib.

Hazırda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilməklə yanaşı, İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, habelə Bakının Nizami rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzilli yaşayış binasının tikintisinin yekunlaşdırılması işləri sürətləndirilib.

Yaşayış binasına baxış zamanı “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev binanın tikintisinin yekunlaşdılması üçün aparılan işlərin sürətləndirlməsindən, burada əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması üçün aparılan işlərdən məmnunluğunu bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov binada tikinti işlərinin keyfiyyətlə aparılmasından, ümumən əlil və şəhid ailələrinin mənzillə təminatı tədbirlərinin gücləndirilməsindən razılığını ifadə edib.

Binanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib