Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
17-04-2018, 16:51 Oxunub: 997

Bakıda gölün üzərindən Xırdalana yol çəkilir

Bakıda gölün üzərindən Xırdalana  yol çəkilir


Paytaxtın Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun tikintisi işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünü iki hissəyə böləcək 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş - 2 gəlişli olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr nəzərdə tutulub. İstiqamətləri ayırmaq məqsədilə 1 metr enində yol ayrıcının inşası da planlaşdırılır.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellər (416 və 206 metr) inşa ediləcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

Bakıda gölün üzərindən Xırdalana  yol çəkilir

Bakıda gölün üzərindən Xırdalana  yol çəkilir
XƏBƏR LENTİ
Bu gün, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizBu gün, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniBu gün, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Bu gün, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarBu gün, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibBu gün, 10:08 | Google Docs APİ təqdim olunduBu gün, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşübDünən, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilirDünən, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"Dünən, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"Dünən, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdiDünən, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşübDünən, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"Dünən, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşübDünən, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilirDünən, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilibDünən, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edibDünən, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcəkDünən, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunubDünən, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilibDünən, 17:15 | “Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcəkDünən, 16:43 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi