Abşeron qəzetinin yeni sayı
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-04-2018, 15:21 Oxunub: 368

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqinin öyrənilməsi və təbliği ilə əlaqədar Azərbaycan Ordusunun bütün birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gəncə qarnizonundakı hərbi hissələrdən birində təşkil olunan tədbirdə nazirliyin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani aprelin 11–də keçirilən prezident seçkiləri, onun nəticələri və bu seçkilərdə İlham Əliyevin qazandığı inamlı qələbə barədə ətraflı məlumat verib. Qeyd edib ki, builki seçkilərdə mülki vətəndaşlar kimi, milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin şəxsi heyəti də fəal iştirak edərək ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyevin timsalında Azərbaycanın gələcəyinə, sabitliyə, təhlükəsizliyə, inkişafa və tərəqqiyə səs verib. Bu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin növbəti böyük qələbəsidir.

Diqqətə çatdırılıb ki, son 15 il ərzində müasir Azərbaycan Respublikası İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, mədəni, sosial həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda möhtəşəm uğurlara imza atıb. Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni-yeni müasir hərbi texnikalar, silahlar və digər hərbi təyinatlı vasitələr alınıb, müdafiə sənayemiz inkişaf etdirilib, hərbi xidmət üçün ən müasir şərait yaradılıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.

Vurğulanıb ki, Prezident İlham Əliyevin seçkilərdən dərhal sonra Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən təntənəli mərasimdə xalqa müraciəti və andiçmə mərasimindəki geniş nitqi bütün xalqımız kimi Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunu da daha böyük uğurlar qazanmağa ruhlandırır.

Doxsan yeddi yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov Prezidentimizin növbəti qələbəsindən qürur hissi keçirdiyini deyərək, Ali Baş Komandanın əmrlərinə bu gün də müntəzir olduğunu bəyan edib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, şair Ramiz Təmkin Vətəni, ordunu tərənnüm edən yeni şeirlərini oxuyaraq mübariz əsgərlərimizi bundan sonra da Ali Baş Komandanın rəhbərliyi altında daha böyük qələbələrə səsləyiblər.

Xalq Artisti Alim Məmmədov Gəncənin timsalında respublikamızın bütün regionlarının inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev son 15 il ərzində qədim və gündən-günə yeniləşən Gəncəyə 17 dəfə səfər edib. Hər bir səfər yeni təməlqoyma mərasimləri, təntənəli açılışlar və unudulmaz görüşlərlə yaddaşlara həkk olunub. Xalq Artisti əminliklə diqqətə çatdırıb ki, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Ali Baş Komandanlığı və onun qətiyyəti, prinsipiallığı sayəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini ölkəmizin ərazi bütövlüyü çərçivəsində tezliklə həll edəcək.

Hərbi qulluqçulardan Vüqar Quliyev, İsmayıl Beydullayev, Qismət Babayev və başqaları çıxış edərək Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən daha da ruhlandıqlarını, Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün əmrini gözlədiklərini bildiriblər.

Tədbirin sonunda Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi “Əmrinə hazırıq, Ali Baş Komandanım!” ədəbi-musiqili kompozisiyanı təqdim edib.
XƏBƏR LENTİ
14:40 | Abşeronun komandası İntellektual oyun üzrə regional məktəb çempionatının qalib oldu 13:38 | Cümhuriyyətin 100 illiyi Saray bağçasında da qeyd edildi. 12:56 | Xırdalan məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirdi 15:55 | Xanım icra başçı Qobu qəsəbəsində növbəti səyyar qəbul keçirdi 14:56 | İradə Gülməmmədova xalçaçı sənətkarların iş şəraiti ilə tanış oldu 14:33 | İradə Gülməmmədova İmam Hüseynin Cümə məscidində yaradılan şəraitlə tanış olub 17:12 | Cümhuriyyətin 100 illiyi Xırdalan bağçasında qeyd edildi 16:36 | Prezident İlham Əliyev yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib 20:53 | Abşeron bağçalarında azyaşlılar riyazi hesablamaları sevərək öyrənir 20:42 | Cümhuriyyətin 100 illiyi Xırdalan 4 saylı məktəbdə də qeyd edilib 19:51 | AXC-nin 100 illiyi münasibətilə Abşeronda futbol turniri keçirilib 19:26 | Abşeronda bağça uşaqları da yol hərəkəti qaydalarını öyrənir (VideoFoto) 17:18 | Ceyranbatanın 1 saylı məktəbində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib 19:34 | Abşeronda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub 12:48 | Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edəcək 12:37 | Abşeron şahmatçısı beynəlxalq turnirin qalibi oldu 12:32 | Xırdalan bağçasında AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib 19:10 | Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi. 15:17 | Masazırda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib 14:58 | İkram Manafov Türkiyədə mükafatlandırıldı 17:39 | Abşeronda Aprel şəhidinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib 22:02 | Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib