Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
20-04-2018, 19:49 Oxunub: 340

Azərbaycanda dövlət komitəsi ləğv edildi

Azərbaycanda dövlət komitəsi ləğv edildi


Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.

Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.
XƏBƏR LENTİ
Bu gün, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizBu gün, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniBu gün, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Bu gün, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarBu gün, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibBu gün, 10:08 | Google Docs APİ təqdim olunduBu gün, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşübDünən, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilirDünən, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"Dünən, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"Dünən, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdiDünən, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşübDünən, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"Dünən, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşübDünən, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilirDünən, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilibDünən, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edibDünən, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcəkDünən, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunubDünən, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilibDünən, 17:15 | “Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcəkDünən, 16:43 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi