Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.
M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib.
Qeyd edək ki, bundan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olub.