Dövlət Gömrük Komitəsinin sədri dəyişib.
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamı əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
S.Mehdiyev bu təyinatadək Dövlət Gömrük Komitəsinin sədrinin I müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Gömrük Komitəsinin sədri bundan əvvəl Aydın Əliyev olub.