Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə "Şərəf" ordeni təqdim edib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.
"Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Anoşin qeyd edib.