Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Akademik Zərifə Əliyeva - 95” mövzusunda elmi-praktik konfrans keçirildi

Tarix:27-04-2018, 21:14

Abşeronda “Akademik Zərifə Əliyeva - 95” mövzusunda elmi-praktik konfrans keçirildi

Aprelin 27-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Toplantıda ilk öncə Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından onun həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Konfransda Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisi Rövşən Quliyevin “Akademik Zərifə Əliyevanın elmi irsi” mövzusunda məruzəsi dinlənilib.

R.Quliyev qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük alimin fəaliyyətindən söhbət açıb.

Bildirilib ki, Zərifə xanım Əliyevanın alim olaraq qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. O, oftalmologiya elmini nəinki keçmiş SSRİ məkanında, hətta dünyada tanıtmışdır. Zərifə xanımın yetişməsində onun boya-başa çatdığı mühitin çox böyük rolu olmuşdur. Onun sadəlik və xeyirxahlıq mücəssəməsi Azərbaycan qadınının mükəmməl nümunəsi idi. Zərifə xanımın ömür yolu həkimlik peşəsini özlərinə həyat yolu seçənlər üçün əsl örnəkdir.

Diqqətə çatdırılıb ki, Zərifə xanım həm də görkəmli ictimai xadim kimi geniş fəaliyyət göstərmişdir. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti Rəyasət Heyətinin, həmçinin “Oftalmologiya xəbərləri” dövri elmi jurnalının redaksiya heyətinin üzvü idi.

Tədbirdə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin sədir müavini, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun “Görkəmli oftalmoloq, nurlu insan”, “Vəfa” İctimayi Birliyinin sədri Fatimə Hacıbəylinin “Nəsillərə nümunə nəcib ana” mövzularında məruzələri, Qarabağ qazisi Əşrəf Əliyevin, “Ahıllar və tənhalara dəstək” İctimayi Birliyinin sədri Ruhiyyə Məmmədovanın çıxışları da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıblar. Vurğulanıb ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş edib.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib