Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Tarix:29-04-2018, 00:20

Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib


Aprelin 28-də Bakı Baş Gömrük İdarəsində Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Cavad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak edib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdığını və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən Mirqasım Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb. İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkəmizin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Vergilər Nazirliyinin sahibkarlar üçün 65-dən çox elektron xidmət təklif etdiyini bildirən departament rəisi bunun da sahibkarlığın inkişafı və şəffaflığın təmin olunmasında müsbət rol oynadığını vurğulayıb. Natiq Şirinov bəzi hallarda vergi qanunvericiliyi tələblərinin pozulduğu, vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilmədiyini bildirərək yeni sistemin tətbiqinin həm də bu sahədə müsbət nəticələr əldə edilməsinə şərait yaradacağını qeyd edib.

Daha sonra görüşdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir