Absheron Media
Haqqımızda Bizimlə əlaqə

102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub

Tarix:9-05-2018, 19:14

102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin olunub.

ƏƏSMN-dən verilən məlumat görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək, onları "xalqımızın qızıl fondu" adlandıran ümummilli lider Heydər Əliyev həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin edib.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ilk illərdə İkinci Dünya müharibəsi iştirakçılarına laqeyd münasibət hökm sürürdü. Lakin ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyinə qayıdışından sonra 9 May - Qələbə gününün yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanıldı və İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün hüquqi əsaslar yaradıldı. 1994-cü ilin iyununda "Veteranlar haqqında" Qanun qəbul olundu, sonrakı illərdə həmin insanlara qayğı ildən-ilə artaraq, eyni zamanda onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işləri də aparıldı.

Ulu öndər Heydər Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsi şəraitində bu təbəqədən olan vətəndaşların sosial təminatı da getdikcə gücləndirilir. Dövlət başçısının müvafiq Fərmanı ilə 2008-ci ilin 01 sentyabrından Böyük Vətən müharibəsi əlillərinə Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği I qrup əlillər üçün 2 dəfədən çox artırılaraq 90 manatdan 182 manata, II qrup əlillər üçün 2,2 dəfə artırılaraq 70 manatdan 158 manata, III qrup əlillər üçün isə 2,4 dəfə artırılaraq 50 manatdan 121 manata çatdırılıb. Eyni zamanda, Böyük Vətən müharibəsi iştirakçılarına da 2012-ci ilin iyulun 1-dən Prezident təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüdün də məbləğinin 2,2 dəfə artırılaraq 55 manatdan 121 manata çatdırılması təmin edilib.
Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi iştirakçılarının pensiya təminatı da həyata keçirilir. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 01 aprel tarixinə olan məlumata əsasən, ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 388,05 manatdır.

Eyni zamanda, hər il 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncamlar imzalanır. Bu il də dövlət başçısının 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən ƏƏSMN tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərdən ibarət 10 962 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib.

Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat birdəfəlik maddi yardım verilib. Qalan 10 421 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır ki, həmin insanların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib.

İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda evlərində onlara sosial xidmətlər də göstərilir.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır