Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan Open-2018” Beynəlxalq Şahmat Turniri başa çatıb.
Üç qrupda (A, B, C) keçiriləcən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Şahmat Mərkəzində turnirin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə turnirin baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
146 şahmatçının mübarizə apardığı “C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Murad Mehtizadə (Bakı), Əhmədağa Həşimov (Bakı), Əli Zuqanov (Abşeron), qızların mübarizəsində isə Səlbinaz İsmayılova (Bakı), Lalə Hüseynova (Bakı) və Aydan Şükürova (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla Əli Zuqanov olub.
Əlinin şahmatla tanışlığı 4 yaşından başlayıb. Şahmatın sirrlərini anasından öyrənən Əli 4 yaşında şahmat yarışlarında iştirak edib. O getdiyi şahmat məktəbində məşqçi Dibirova Rühəngizin qrupunda məşğul olub. Anasının sözlərinə görə Əli məktəbə gələn kimi özünü doğrultmağı bacardı. Belə ki, o məktəbdə öz yaşıdları arasında keçirilən yarışda birinci yer tutub.Əlinin uğurları barmaqla sayılacaq dərəcədə az deyil.Onun uğurları sırasına Naxcıvanda Ümumlider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Naxcıvan Open-2014" beynəlxalq festivalının c turnirinin 8 yaşadək oğlanlar arasında II yerə , Gürcüstanda keçirilən yarışda I yerə, Yunanıstanın Kavala şəhərində keçirilən 7 yaşlılar arasında Avropa birinciliyində IV yerə yüksəlmişdir. 2013-cü ildə, 6 yaşı olarkən həmyaşıtları arasında isə Azərbaycan birinçisi olub. 2015-ci ildə Bakı birinciliyinin 8-yaşlı oğlanları arasında qalib olmuş, elə həmin ilin iyul ayında Zaqatalada keçirilən 16-yaşadək olimpiadada 8 yaşlı yeniyetmə şahmatçılar arasında qalib olmuşdur. Əlinun növbəti uğuru 2015-in iyul ayında Bakı şəhərində görkəmli qrasmestr mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turnirində III yerə layiq görülmüşdür. 2017-ci ildə Əli 10 yaşlılar arasında Bakı birinçiliyində II yeri tutmuşdur.
Balaca Əlinin ən böyük arzusu gələcəkdə dünya çempionu olmaqdır.