Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
1-07-2018, 17:34 Oxunub: 2092

Abşeron rayonuna yeni rəis təyin olundu

Abşeron rayonuna yeni rəis – Təyinat

Abşeron rayonuna yeni rəis təyin olundu


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə yeni rəis təyin edilib.

Bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Quliyev Hüseyin Ziya oğlu xidmətin Abşeron rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Hüseyin Ziya oğlu Quliyev 1979-cu il avqustun 14-də Şuşa şəhərində ziyallı ailəsində anadan olub. 1995-cı ildə Gəncə şəhər 4 saylı məktəbi bitirdikdən sonra, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına (indiki ADAU) daxil olub və 1999-ci ildə fərqlənmə diplomu ilə bitirib.

2000-ci ildə hərbi xidmətinə Müdafiə Nazirliyinin Hərbi Polis və qoşun xidməti İdarəsində Cinayət Axtarışı Şöbəsinin müfətişi kimi başlayıb.

2001-ci ildə Xətai rayon Hərbi Komisarlığında çağırış şöbəsinin zabiti, 2003-ildə Qusar rayon Hərbi Komisarlığında (HK) müavin, 2004-cü ildə Respublika HK-da şöbə rəisinin müavini, 2006-cı ildə Yasamal rayon HK-da qeydiyyat şöbəsinin rəisi, 2010-cu ildə Nəsimi rayon HK-nın çağırış şöbəsinin rəisi, 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdərəsinin rəisi, 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsin rəisi, 2014-cü ilin dekabrından 2018-ci ilin iyun ayının 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabuncu rayon idarəsinin rəis müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.
XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub