Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qubadlı rayonunun işğalından 25 il ötür

Tarix:31-08-2018, 17:11

Qubadlı rayonunun işğalından 25 il ötür


Qubadlı rayonunun işğalından 25 il ötür. 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal edib.

Ermənistanla 130 km həmsərhəd olan Qubadlı rayonu ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüb. Silaha sarılan qubadlılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurd yerlərini var qüvvələri ilə qoruyublar. Lakin Cəbrayılla Fizulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı. Bunun əsası isə hələ 90-cı illərin əvvəllərində qoyulmuşdu. Hakimiyyət uğrunda gedən mübarizələrdə döyüş cəbhədən Bakıya keçmişdi. 1992-ci ilin mayında Müdafiə nazirinin müavini, Baş qərəragah rəisi Şahin Musayev işğal olunmuş Şuşa qalasına çıxaraq qoşunları və hərbi texnikanı Bakıya apararkən əhalinin rayonun müdafiəsini təşkil etmək tələbinə laqeyd yanaşmış və buna etiraz əlaməti olaraq sakinlər tərəfindən 2 gün girov saxlanılmışdı. Müdafiə naziri Rəhim Qazıyev isə rayonun təhlükəsizliyini təmin etmək əvəzinə 3 qırıcı təyyarə ilə Şahin Musayevi azad etməyə gəldi. Belə təxribatlar sonralar da davam etdirildi. Bu isə rayonun müdafiəsini daha da zəiflətdi. Buna baxmayaraq, qubadlılar hücumun qarşısını mərdliklə aldılar. 1992-ci ilin yayında Əliquluuşağı istiqamətində bir gündə 3 vertolyotun vurulması və sonralar həmin vertolyotlardan birinin hərbi qənimət kimi Müdafiə Nazirliyinə verilməsi bu həqiqətləri bir daha təsdiqlədi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləndi. Eyni mərkəzdən idarə olunan daxili xəyanətkarlar özlərinə tabe olan hərbi birləşmələri döyüş mövqelərinə çıxardılar. Həmin illərdə Cəbrayıl rayonunun işğal edilməsi cənub-şərq istiqamətində Qubadlının müdafiəsinə sarsıdıcı zərbə vurdu. Zirehli texnikanın qarşısında 4-5 adama düşən bir avtomatla dayanmaq mümkün deyildi. Qubadlıların gözü yolda qalsa da, Sürət Hüseynovun söz verdiyi 25 tank və zirehli texnika gəlib çıxmadı. Avqustun 30-da erməni hərbi birləşmələri yerli əhalinin qoruduğu Gərək kəndi istiqamətində güclü hücuma keçdi. Əsas zərbə Xanlıq tərəfə yönəlmişdi. Qeyri-bərabər döyüşlərdə nə qədər fədakarlıq göstərilsə də, erməni tankları kəndə soxuldular. Həkəri çayı boyunca Muradxanlı, Balasultanlı və Xoçiq istiqamətində erməni faşistləri kəndləri yandırır, dinc əhaliyə divan tuturdu. Buna cavab vermək əvəzinə avqustun 30-u və 31-də rayonu müdafiə edən hərbi birləşmələr heç kimə xəbər vermədən döyüş mövqelərini tərk etdilər. Nəticədə, əhali rayondan məcburi çıxarıldı və avqustun 31-də Qubadlı ermənilər tərəfindən işğal edildi. Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu, 100 nəfər insan itkin düşdü, girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu, əhalinin yurd-yuvası talandı. 94 kənd və Qubadlı şəhəri yerlə-yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Qubadlılar Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıblar. Onlardan təxminən 22 min nəfəri Sumqayıtda yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə” Dövlət Proqramı və ona edilən Əlavələrə əsasən ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Bakıda məcburi köçkünlər üçün salınan müasir qəsəbələrdə, yaşayış komplekslərində Qubadlıdan olan məcburi köçkünlər də hər cür şəraiti olan mənzillərlə təmin edilib.

...Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa, abadlıq-quruculuq işləri bütün məcburi köçkünlər, o cümlədən qubadlılarda da böyük ruh yüksəkliyi yaradıb. Çünki Cocuq Mərcanlının bərpası ilə “Böyük qayıdış”ın başlanğıcı qoyuldu.

...2018-ci ilin mayında Azərbaycan hərbçiləri bir daha qəhrəmanlıq, rəşadət göstərdilər. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı, Günnüt kəndi, strateji yüksəkliklər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində azad edildi, strateji kommunikasiya yolları nəzarətə alındı. Bu, bir daha göstərdi ki, Azərbaycan qüdrətli və güclü Orduya sahibdir, bu Ordu istənilən anda istənilən vəzifəni icra edə bilər. Və Azərbaycan öz torpaqlarının işğalı ilə barışmayacaq, torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq...

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib