“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər qrafiki qabaqlayır.
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.
O bildirib ki, “Bravo” platformasında dörd quyudan hasilat işlərinə başlanılıb:
“Növbəti aylar ərzində bu quyuları təmizləməliyik. Qeyd edim ki, layihə ilə bağlı bütün gözləntilərimiz özünü doğruldur. Biz ilin əvvəlində müəyyən etdiyimiz qrafiki qabaqlayırıq”.
Q.Cons əlavə edib ki, hazırda ikinci mərhələ çərçivəsində “Alfa” platformasındakı quyulardan da hasilat aparılır.