Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
13-09-2018, 08:55 Oxunub: 913

Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi

Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi


Abşeron Rayon Prokurorluğunda baş tutan toplantıda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron RİH-in rəsmiləri və veteran prokurorluq işçiləri iştirak ediblər.

İlk növbədə, prokurorluq orqanlarının bütün əməkdaşlarını, təqaüddə olan veteranları Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edən Abşeron rayon prokurorunun müavini Nail Əliyev bildirib ki, bu gün öz Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü qeyd edən prokurorluq orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşıb, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərib. N.Əliyev qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

"Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi" mövzusunda geniş məruzə ilə çıxış edən rayon prokurorluğunun əməkdaşı Günay Süleymanova çıxışında vurğulayıb ki, bu il 100 illiyini qeyd edəcək Azərbaycan prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq qurumunun təsis edilməsindən və məhkəmə orqanları sistemində fəaliyyətə başlamasından hesablanır. Ulu öndər Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək hər il oktyabr ayının 1-nin Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair 17 iyul 1998-ci il tarixli sərəncam imzalamaqla bu əlamətdar tarixi əbədiləşdirmişdir. Onun “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə ləyaqətlə xidmət edir” kəlamı həmişə ruh yüksəkliyimizin mənbəyi olmuşdur.

Sonra prokurorluğun veteran əməkdaşlarından Munis Abuzərli, Hafiz Məmmədov və Səyyaf Qubadov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

Şamo Əliyev

Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı Abşeronda tədbir keçirildi
XƏBƏR LENTİ
Dünən, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.Dünən, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi10-05-2019, 19:08 | Əlil Döyüşçüləri Futbol Federasiyasının komandalarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yarışı9-05-2019, 23:29 | Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar taekvondo üzrə rayon birinciliyi keçirilib9-05-2019, 23:14 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub9-05-2019, 22:08 | Heydər Əliyevin doğum günü 1 saylı uşaq bağçasında da qeyd edilib9-05-2019, 21:53 | Məmmədli kəndində faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.9-05-2019, 13:03 | Abşeronda faşizm üzərində qələbənin 74 illiyi qeyd edildi8-05-2019, 22:31 | Abşeronun gənc zəka sahibləri Azərbaycan çempionu oldular