Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi

Tarix:14-09-2018, 18:52

Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi

Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron rayon icra hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin və Demokratik Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa və təlimlərin təşkili" mövzusunda tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan Abşeron rayon Gənclər İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etdi. Məhz bunun bariz nümunəsi kimi Gənclər Fondununun gənclərin layihələrinə hər zaman dəstək verdiyini, gənclərin ideyalarının reallaşdırıldığını söylədi. Ə.Əmirəliyev çıxışında, ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multikultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışdı.

Abşeron RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, Demokratik Gənclər” İctimai Birliyinin sədri Ramil Süleymanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin-Abşeron,Sumqayıt Regional İdarəsinin əməkdaşı Ülvü Məmmədov “Demokratik Gənclər” İctimai Birliyinin sədr müavini və layihənin eksperti Təranə İsmayılova çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu vurğuladılar.

Çıxışlarda gənclərin radikal mövqe tutan qüvvələrin təsirinə düşməyəcəyinə, əksinə azərbaycançılıq ideyalarının, milli mənəvi və dini dəyərlərin qorunub saxlanmasında mübarizlik nümayiş etdirəcəklərinə əminlik ifadə olundu.

Toplantının sonunda gəncləri maraqlandıran suallara aydınlıq gətirildi.

Şamo Əliyev

Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi
Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi
Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi
Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi
Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi
Abşeronda Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa keçirildi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır