Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
31-10-2018, 16:04 Oxunub: 319

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb


Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsində təsis edilən təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.

Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanıb ki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaq.

“Azərbaycan Diaspor Gəncləri” (ADG) təşkilatının müasir dizaynda, həmçinin milliliyi özündə əks etdirən loqo və sloqanı hazırlanıb. Eyni zamanda, “Wikipedia” açıq ensklopediyasında fəaliyyət göstərmək məqsədilə işçi qrup da yaradılıb. Qrup artıq Azərbaycanın milli qəhrəmanları ilə bağlı məqalələr yerləşdirib, Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə daha geniş kütləyə çatdırılması istiqamətində çalışır. İşçi qrupun Amerika-Kanada, Avropa, Afrika, Asiya ölkələri, Türkiyə, Rusiya, Gürcüstan üzrə fəaliyyət göstərən üzvləri yaşadıqları ölkələrdə bir çox layihələrin həyata keçirilməsini planlaşdırırlar.

Həmçinin, təşkilat gənclər tərəfindən olduqca maraqla qarşılanıb, bir çox gənclər təşkilatda təmsil olunmaq üçün müraciət edirlər. Bütün bunlar, gələcəkdə fəaliyyət sahəsinin daha da genişləndirilməsini zəruri edir. Qlobal məkanda aktiv fəaliyyəti hədəf seçən ADG-nin başlıca prioritetləri beynəlxalq informasiya məkanına çıxış, ölkəmizlə bağlı həqiqətlərin daha effektiv və intensiv təbliğində iştirakdır.

Qeyd edək ki, ADG Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı yaradılıb. 22-28 avqust tarixlərində təşkil olunan düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib.
XƏBƏR LENTİ
Bu gün, 10:40 | Abşeronda daha bir bağça təmir edilir-FOTOLARBu gün, 09:30 | Abşeron RİH başçısı iftar verdi-FOTOLARDünən, 17:24 | Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.20-05-2019, 15:48 | İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub20-05-2019, 15:41 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi20-05-2019, 15:10 | Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb19-05-2019, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.19-05-2019, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub15-05-2019, 13:54 | DTV-Ceyranbatan 1 nömrəli məktəbdə Gənc Alimlərlə görüş keçirldi14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi