Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
6-11-2018, 10:17 Oxunub: 163

Prezident İlham Əliyev: Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

Prezident İlham Əliyev: Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub


Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub.

Bunu “Azərxalça” ASC-nin Ağdam filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir".

İlham Əliyev bildirib ki, Ağdamın qədim xalçaçılıq məktəbi var: "Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm".
XƏBƏR LENTİ
Dünən, 16:41 | Saray qəsəbə 14 saylı uşaq bağçasında açıq məşğələ keçirildiDünən, 16:26 | Abşeronda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi qeyd olunub19-11-2018, 17:11 | Xırdalanın 17 saylı bağçasında Payız bayramı qeyd olundu-Video19-11-2018, 15:28 | Bağçada “Təhlükəsiz həyat” mövzusunda məşğələ19-11-2018, 14:43 | İradə Gülməmmədova vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi17-11-2018, 19:09 | Xırdalanda yeni alternativ yol çəkilir-FOTOLAR17-11-2018, 19:00 | Xırdalan şəhərinin küçə və dalanlarına yeni asfalt örtük çəkilir-FOTOLAR17-11-2018, 16:10 | Körpə fidanlar Milli Dirçəliş Günü qeyd ediblər16-11-2018, 18:47 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib16-11-2018, 15:48 | Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib16-11-2018, 15:41 | Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib16-11-2018, 15:35 | Prezident İlham Əliyev: "Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir"16-11-2018, 11:23 | İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib16-11-2018, 11:15 | Abşeron idmançısı ABŞ-da dünya çempionu oldu (Video+Foto)16-11-2018, 10:38 | Nazirin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda16-11-2018, 10:36 | KXDR ən müasir yüksəktexnologiyalı silahı sınaqdan keçirib15-11-2018, 21:22 | Abşeron idmançıları dünya çempionatından qızıl medalla qayıtdılar15-11-2018, 18:12 | Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Açıq məşğələ" keçirildi15-11-2018, 18:03 | Xırdalanda “Fərqli dil, fərqli bir ruh” adlı seminar keçirilib.15-11-2018, 17:57 | Xırdalan bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi15-11-2018, 15:35 | Prezident İlham Əliyev Bakıya yeni icra başçısı təyin etdi15-11-2018, 15:30 | Prezident İlham Əliyev: Ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır