Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişinə əsasən Xırdalan şəhərində Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun adını daşıyan küçə abadlaşdırılır. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb. Bu işlər başa çatdırıldıqdan sonra isə küçəyə asfalt döşənib.
Küçənin abadlaşdırılması sakinlər tərəfindən razılıqla qarşılanıb.
Şamo Əliyev