Absheron Media
Haqqımızda Bizimlə əlaqə

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

Tarix:11-12-2018, 17:14
Baxış Sayı:720

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb


İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti 10-11 dekabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikasına səfər edib. Bu gün İran İslam Rüspublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub, söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, o cümlədən də sərhəd mühafizəsi sahəsində qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə tövsiyələr verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Qasım Rzayinin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə Azərbaycan və İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, narkotiklərin qaçaqmalçılığı, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, qadağan olunmuş malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində əməkdaşlığın vəziyyəti nəzərdən keçirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinə göstərilən ali dövlət qayğısı sayəsində bu gün ölkə sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təmin olunması, sərhəd infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar və tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasının 20% ərazisini, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran dövlət sərhədinin bir hissəsini işğal altında saxlamaqda davam etməsi sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalmaqdadır.

Nümayəndə heyətləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və İran sərhəd qurumları arasında mövcud əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.

Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu layihələri çərçivəsində “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsi, daşıma imkanlarının təkmilləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd nəzarətinin sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər “18 noyabr 2010-cu il tarixli Xəzər dənizində təhlükəsizlik sahə-sində əməkdaşlıq haqqında Sazişə əlavə Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Protokol”un icrasından irəli gələn məsələlər, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və digər aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşüb

Ruslar erməniləri “Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan” marşrutu ilə silahlandırıb
Ruslar erməniləri “Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan” marşrutu ilə silahlandırıb
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Prezident taksi sürdü - Video
Prezident taksi sürdü - Video
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var