Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub

Tarix:11-12-2018, 18:30
Baxış Sayı:506

Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub


Min illər əvvəl - təxminən eramızdan əvvəl 2000-ci ildə köçəri çobanlar vaxtlarını bugünkü ailələrin əksəriyyəti kimi keçirib: bir araya gəlib, masaüstü oyunlar oynayıb...

Azərbaycanlı arxeoloqlar Qobustan dövlət tarixi-bədii qoruğunda fərqli oyuqların olduğu qədim qayalar haqda çoxdan məlumatlıdırlar. Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Kristin isə son araşdırmaları zamanı bu oyuqları, onların niyə məhz həmin bölgədə olduğunu izah edir.

Kristin fikrincə, qayaların üzərindəki oyuqlar "tazılar", "çaqqallar" və ya "58 xana" masaüstü oyunu ilə oxşarlıq təşkil edir. Onlar qədim Misirdə, Anadoluda və Mesopatamiyada da aşkar olunub. Güman ki, bu oyunun ən məşhur nümunəsi arxeoloq Hovard Karter tərəfindən Misir fironu IV Amenemhetin məqbərəsindən tapılandır. IV Amenemhet təxminən 3800-cü il əvvəl yaşayıb.

"Bu oyun gözlənilmədən ən müxtəlif məkanlarda aşkar olunur", - deyə arxeoloq Krist bildirir. Onun sözlərinə görə, həmin oyunun ən qədimi Misirdə aşkarlanıb. Lakin onun da bu oyunların ən qədimi olduğunu demək çətindir: "Çünki başqa ölkələrdə hələ "ən qədim" deyə biləcəyimiz oyunlar tapıla bilər. Görünən odur ki, o, müxtəlif bölgələrdə yayılıbmış".

Bu oyunun necə yayıldığı, necə oynandığı sirr olaraq qalır. Bəzi arxeoloqlar hesab edir ki, o, toxumlarla və ya daşlarla oynanılıb və nərdə bənzəyib. Ehtimala görə, daşlar və ya toxumlar xanalarda müxtəlif istiqamətlərə sürüşdürülürmüş. Bəziləri düşünür ki, onun sümüklə oynandığı da istisna deyil. Amma buna dair sübutlar yoxdur.

Ümumiyyətlə, qədim oyunların necə oynandığını başa düşmək demək olar mümkün deyil. Çünki onlar zaman keçdikdə çox dəyişikliyə uğrayıb. Gələcəkdə də arxeoloqlar bizim bugünkü oyunları necə oynadığımızı başa düşməyə bilər.

"Təsəvvür edin, gələcəkdə "Monapoliya" oynu, onda istifadə edilən kartlar, kiçik papaq və ayaqqabı aşkar olunur, lakin bu haqda heç bir yazılı mənbədə məlumat olmur", - deyə tarixçi Ulrix Şedler bildirir: "Bu halda heç kəs "Monapoliya"nın qaydalarını bütün detalları ilə anlaya bilməz".

Amma bir məsələni, yəni oyunların oynanması səbəbini başa düşmək olar. Arxeoloq Krist düşünür ki, onlar sadəcə oyun deyil, həm də ünsiyyət vasitəsi olub: "İnsanlar bir-birilə qarşılıqlı əlaqə yaratmaq üçün də oyunlar oynayıb".

Kristin fikrincə, qaya üzərindəki boş xanalarda daşların bir istiqmətdən digər istiqamətə yönləndirilməsi qədim insanların məişət həyatında hər hansı bir rol oynaya bilməzdi. Amma bu, bir insanın digərilə ünsiyytə girməsinə kömək edə bilərdi. Başqa sözlə, oyun da dil kimi, qarşılıqlı ünsiyyət vasitəsidir: "Onların hər ikisi insanların bir-birilə əlaqə yaratması üçün vasitədir".

Ruslar erməniləri “Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan” marşrutu ilə silahlandırıb
Ruslar erməniləri “Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan” marşrutu ilə silahlandırıb
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Prezident taksi sürdü - Video
Prezident taksi sürdü - Video
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var