Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Azərbaycanda vətəndaşlara göstərilən qayğı dünya ölkələri üçün nümunədir"

Tarix:28-01-2019, 20:13

"Azərbaycanda vətəndaşlara göstərilən qayğı dünya ölkələri üçün nümunədir"


“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü keçirildi. Ölkə başçısı şəhid ailələrinin qarşısında çıxış edərək Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, müharibədən əziyyət çəkən vətəndaşlara dövlətimizin diqqət və qayğısından bəhs edərək, bu diqqətin gələcək dövrlərdə də davam edəcəyini vurğuladı. Ölkə başçısı görüş zamanı bildirdi ki, Azərbaycanın çox güclü hərbi potensialı, dünyada nüfuzu və artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimiz güclənir və Azərbaycan üçün ərazi bütövlüyünün bərpası ən vacib məsələdir”.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Prezidenti çıxışı zamanı bir daha bildirdi ki, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı imzalanan qətnamələr Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edir: “Son illər şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısı haqqında məlumat verən dövlət başçısı məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini və bu prosesin bu ildə davam edəcəyini söylədi. Bundan əlavə şəhid ailələrinin mənzil və avtomobillə təmin olunması, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra ilk fərmanın məhz şəhid ailələrinə həsr olunması, 10 mindən çox şəhid ailəsinə 11 min manat birdəfəlik ödəmənin verilməsi bir daha görüş iştirakçılarının diqqətinə çatdırıldı. Cənab prezident indiyədək 3 mindən çox şəhid ailəsinin bu vəsaiti aldığını bildirərək, vaxtilə müavinət almış ailələrlə əlaqədar araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu sənədə əsasən 11 manat alacaq vətəndaşların sayının artdığını bildirdi”.

Görüş zamanı ölkə başçısının birdəfəlik ödəməni almaq üçün istifadə edilən kartların şəhid hərbi qulluqçuların vərəsələrinə təqdim etdiyini deyən F.Talıblı bildirib ki, daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər: “Ölkə başçısı yekun nitqində hər zaman şəhid ailələrinin yanında olacağını və onlara diqqət və qayğının bundan sonra da təmin ediləcəyini söylədi”.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik ödəmə ilə bağlı imzalanan yeni fərmana gəlincə, mətbuat xidmətinin rəhbəri söyləyib ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib: “Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir. Cənab Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcək”.

F.Talıblı əlavə edib ki, Azərbaycanda ölkə başçısı tərəfindən aparılan uğurlu iqtisadi siyasət hər zaman sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə nəticələnir: “Bu o deməkdir ki, Azərbaycanın imkanları nə qədər artırsa, sosial yönümlü tədbirlərin miqyası da artır. Ölkəmizdə həyata keçirilən sosial siyasət, vətəndaşlara göstərilən qayğı dünya ölkələri sırasında nümunə sayıla biləcək səviyyədədir. Dünyanın heç bir ölkəsində aztəminatlı ailələrə, həssas qruplara, müharibə əlillərinə, şəhid ailələrinə bu qədər diqqət göstərilmir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə şəhid ailələrinə 626 mənzil verilib. Bu il isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Bundan başqa şəhid ailələrinə, milli qəhrəmanlara verilən prezident təqaüdünün məbləği mütəmadi artır, bu qəbildən olan insanların övladlarına aylıq sosial müavinətlərin verilməsi təmin olunur. Bütövlükdə şəhid ailələrinin sosial vəziyyəti ildən-ilə yaxşılaşır və dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün keçirilən görüşdə çıxış edən şəhid ailələri Azərbaycan Prezidentinə və birinci vitse-prezidentə hər zaman onları diqqətdə saxladıqlarına görə təşəkkürlərini bildirdilər və hər zaman ölkə rəhbərliyinin yanında olduqlarını vurğuladılar”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib