Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Cinayətkarlığa qarşı mübarizədə səylərimiz artırılacaq

Tarix:14-02-2019, 15:39

Cinayətkarlığa qarşı mübarizədə səylərimiz artırılacaq


2018-cı ıl ğlkəmizin həyatında bir sıra mühüm ictimai-sayası hadısələrlə zəngin olmuşdur. Belə kı, ötən il Azərbaycan Xalq Cümhurıyyətının , Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyı dövlət səviyyəsində təntənə ilə qeyd edilmişdir.Eləcə də ötən il prokurorluq əməkdaşları ücün həm də yaranmasının 100 illik yubileyinin qeyd edilməsi, bu münasibətlə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin prokurorluq əməkdaşlarına ünvanladığı təbrik məktubu və bir sıra prokurorluq əmakdaşının yüksək dövlət mükafatları ılə təltif olunması ilə əlamətdar olmuşdur.

Abşeron rayon prokurorluğunun əməkdaşları 2018-ci il ərzində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanlarını, Respublika Baş prokurorunun əmr və göstərişlərini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir sıra tədbirlər görmüşlər və bu sahədə işlər davam etdirilir.

Digər hüquq mühafizə orqanları ilə yaradılmış səmimi, işgüzar münasibətlər nəticəsində rayonda ictimai sabitlik təmin edilmiş, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi sahəsində müsbət nəticələr əldə edilmişdir.

Hesabat dövrü ərzində rayon ərazisində cəmi 1476 cinayət hadisəsi törədilməsi faktı qeydə alınmış və onlardan 1142-nin açılması təmin edilərək baş vermiş hadisələrin açılma faizi 74,7% təşkil etmişdir. 2017-cı il ərzində isə 1167 cinayət hadisəsi törədilməsi faktı qeydə alınmış və onlardan 845-nin açılması təmin edilərək baş vermiş hadisələrin açılma faizi 82,5% təşkil etmişdir.

Göründüyü kimi ötən il ilə müqayisədə baş verən cinayət hadisələrinin sayı 266 fakt artmış, açılma faizi isə 82.5%-dən 74,7%-ə düşərək 7.8% azalmışdır.

2017-cı ilə nisbətən hesabat dövrü ərzində rayon ərazisində baş verən böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 365-dən 401-ə yüksələrək 36 fakt, yəni 9.9%, az ağır cinayətlərin sayı 679-dan 967-yə yüksələrək 288 fakt, yəni 42,4% artmış, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 123-dən 83-ə düşərək 32.5 % azalmışdır.

Ötən ilə nisbətən rayon ərazisində baş verən şəxsiyyət əleyhinə olan cinayətlərin sayı 235-dən 248-ə yüksələrək 13 fakt, yəni 5.5% artmışdır. Onlardan qəsdən adam öldürmə cinayəti 3 fakt azalaraq 5 (2017-ci il 8 fakt), qəsdən sağlamlığa az azğır zərər vurma 4 fakt yəni 9.3% azalaraq 39 (2017-ci il 43 fakt), adam öldürməyə cəhd 1 fakt azalaraq 3 (2017-ci il 4 fakt), hədə-qorxu ilə tələb etmə cinayətləri 1-dən 5-ə yüksələrək 4 fakt, qəsdən sağlamlığa yüngül zərər vurma 23 fakt, yəni 18% artaraq 151 (2017-ci il 128 fakt) olmuş, qəsdən sağlamlığa ağır zərər vurma 16 fakt, zorlama cinayətləri isə1 fakt olmaqla stabil qalmışdır.

Hesabat dövründə mülkiyyət əleyhinə olan cinayətlərin sayı kəskin artaraq 694-dən 924-ə yüksəlmişdir (+230). Oğurluq cinayəti 716 fakt olmaqla 240 fakt, yəni 50.4% artmışdır ki, onlardan 14-ü dövlət və bələdiyyə əmlakının, 702-i xüsusi əmlakın oğurluqları olmuşdur. Soyğunçuluq cinayəti 1 fakt ataraq 8, quldurluq cinayəti 10 fakt artaraq 14 , avtonəqliyyatın qaçırılması cinayəti 2 fakt artaraq 11-olmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlərin, xüsusilə oğurluq və quldurluq cinayətlərinin sayının kəskin artması narahatlıq doğuran haldır. Ona görə də rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə xarakterli cinayətlərə qarşı qabaqlayıcı tədbirlər görməsi zəruridir. Bu məqsədlə əhali arasında hüquqi təbliğat işi gücləndirilməklə profilaktiki işlər aparılmalı, eləcə də polis əməkdaşları tərəfindən gecə gəzintilərinin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlər görülməlidir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar baş vermiş cinayət hadisələrinin sayı bir qədər azalmışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2017-cı ildə 86 cinayət hadisəsi qeydə alındığı halda hesabat dövründə bu rəqəm 79 olmaqla 7 fakt və ya 8.1% azalmışdır. Bu fakt əslində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin sayının azalmasının göstəricisi deyil və ona görə də gələcəkdə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində mübarizənin səmərəliliyi artırılmalıdır.

2017-cı il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 26 cinayət hadisəsi törədildiyi halda, hesabat dövründə həmin şəxslər tərəfindən 101 cinayət hadisəsi törədilmiş, yəni 74 fakt artma müşahidə edilmişdir ki, buda ciddi narahatcılıq doğurmalıdır. Ona görə də yetkilik yaşına çatmamışlar tərəfindən cinayət hadisələrinin gələcəkdə törədilməsi hallarının baş verməsinin qarşısının alınması üçün rayon polis idarəsinin aidiyyatı əməkdaşlarının iştirakları ilə müvafiq tədbirlər planı hazırlanmalı, təhsil şöbəsi və idman gənclər təşkilatı əməkdaşlarının iştirakları ilə zəruri profilaktiki işlər görülməlidir.

Hesabat dövründə qadınlar tərəfindən törədilmiş cinayət hadisələrinin sayı 10 fakt azalaraq 41 olmuşdur. Həmin cinayət hadisələrindən 26-sı böyük ictimai təhlükə törətməyən, 11-i az ağır, 3-ü isə ağır cinayətlər kateqoriyasına aid olmuşdur

Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən təkrar cinayət hadisələrinin törədilməsi halları 152 fakt artaraq 301 olmuşdur. Bu hal əvvəllər məhkum olunmuş şəxslərlə aparılan profilaktiki işlərin səmərəliliyinin lazımi səviyyədə olmamasına dəlalət edir. Ona görə də bu kateqoriyadan olan şəxslərin normal həyata qayıtması üçün işlə təmin olunmaları, onlarla aparılan profilaktik işlərin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin keyfiyyəti daha da yüksəldilməlidir.

Baş vermiş cinayət hadisələrindən 11-i sərxoş vəziyyətdə törədilmişdir ki, bu da ümumi cinayətlərin 1,0%-ni təşkil etmişdir.

2018-ci il ərzində rayon prokurorluğuna 324 cinayət xarakterli məlumat daxil olmuş, bundan əlavə 7 cinayət xarakterli material 2017-cı ildən qalıq qalmışdır. Ümumilikdə prokurorluqda icraatda olmuş 331 cinayət xarakterli məlumatlardan 70-i üzrə cinayət işi başlanılmış, 236-sı üzrə cinayət işinin başlanılması rədd edilmiş, 14-ü istintaq aidiyyatı üzrə göndərilmiş, 11-i isə 2019-ci ilə qalıq qalmışdır..

Hesabat dövründə rayon prokurorluğunda və RPİ-nin istintaq şöbəsində istintaq edilən cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsi məsələsi daim diqqət mərkəzində olmuşdur. Beləki, rayon prokurorluğunda 2 əmlakı talama cinayəti olmuş, həmin işlər üzrə 2807 manat məbləğində ziyan ibtidai araşdırma müddətində ödənilməmişdir. Rayon polis idarəsinin İstintaq şöbəsində isə istintaqı tamamlanmış cinayət işləri üzrə 3.177.365 manat maddi ziyandan 2.541.842 manatı və ya 80%-i ibtidai araşdırma mərhələsində ödətdirilmişdir. Göründüyü kimi ustintaq şöbəsində ötən illə müqayisədə vurlumuş ziyanın ödətdirilməsi ibtidai araşdırma mərhələsində cüzi azalmış, prokurorluqda isə ümumiyyətlə ödəmə olmamışdır. Odur ki, dəymiş ziyanın tam ödənilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi vacibdir.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin güclədirilməsi barədə” Azərbaycan Respublikası Prezdentinin 10 fevral 2017-ci il tarixli sərəncamı və müvafi sərəncamın icrası ilə əlaqədar Baş prokurorun 10/41 saylı əmrinin tələblərinə riayət edilərək vətəndaşların əsassız həbsə alınması, cinayət məsuliyyətinə cəlb edilməsi hallarına yol verilməmiş, qeyd edilən əmr ilə təsdiq edilmiş siyahıda gıstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər barəsində həbs qəti imkan tədbiri secilməsi halları olmamışdır.

Rayon polis idarəsinin İstintaq şöbəsində ibtidai araşdırılması yekunlaşdırılaraq məhkəməyə göndərilmiş cinayət işləri üzrə cinayətin baş verməsinə kömək etmiş səbəb və şəraitin aradan qaldırılması üçün təqsirləndirilən şəxslərin iş və ya yaşayış yerlərinə təqdimatlar göndərilmişdir..

2018-ci il ərzində rayon polis idarəsinə 8977 cinayət xarakterli məlumat daxil olmuş, 167 material isə ötən ildən qalıq qalmışdır. Onlardan 1004 material üzrə cinayət işi başlanılmış, 115 material üzrə sadələşdirilmiş icraat açılmış, 6760 material üzrə cinayət işinin başlanılması rədd edilmiş, 471 material cinayət işi və ya digər materiala əlavə olunmuş, 450 material istintaq, 137 material ərazi aidiyyatı üzrə göndərilmiş və 14 material üzrə müddət pozuntusuna yol verilmişdir. 207 material isə 2019-cu ilə qalıq qalmışdır

Hesabat dövründə rayon polis idarəsinin təhqiqat və istintaq şöbələrində həll edilmiş materiallardan 168 cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar rayon prokurorluğu tərəfindən əsassız olduğundan ləğv edilərək materiallar əlavə yoxlanılması üçün rayon polis idarəsinə qaytarılmışdır. Onlardan 87-si təhqiqat şöbəsinin, 77-i isə İstintaq şöbəsinin materlalları olmuşdur. 4 material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən əsassız olduğu üçün ləğv edilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun əmrinin tələblərinə müvafiq olaraq vətəndaşların müvəqqəti saxlama yerlərində saxlanılmasının qanuniliyi mütəmadi yoxlanılmış, qanunsuz saxlanma hallarına yol verildiyi müəyyən edilməmişdir.

2018-ci il ərzində vətəndaşların ərizə və şikayətlərinin həllinə qayğıkeş münasibət göstərilməklə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrinin tələblərinə əsasən əməl olunmuş, vətəndaşları maraqlandıran məsələlərlə əlaqədar qanunla müəyyən edilmiş müddətlərdə onlara yalnız prokurorun imzası ilə rəsmi cavablar verilmiş, rayon aktivinin yığıncaqlarında hüquqi mövzularda söhbətlər keçirilmiş, ayrı-ayrı yerlərdə vətəndaşlar qəbul edilmiş, onların hüquqlarının qanuni qaydada qorunmasının təmin olunmasına səy göstərilmişdir.

2017-ci il ərzində rayon prokurorluğuna vətəndaşlardan 1027 ərizə və şikayət daxil olduğu halda 2018-cı il ərzində rayon prokurorluğuna vətəndaşlardan müxtəlif xarakterli 1065 ərizə və şikayət daxil olmuşdur ki, onlardan 320-si rayon prokurorluğunda baxılmaqla 142-si təmin edilmiş, 399 ərizə baxılması üçün aidiyyatı təşkilatlara göndərilmiş, 320 şikayət cinayət işinə və nəzarət icraatına əlavə edilmiş, 9 ərizə isə ilin sonuna qalıq qalmışdır.

Hesabat dövründə vətəndaşların qəbulu məsələsinə xüsusi diqqət yetirilərək gün ərzində hec bir məhdudiyyət qoyulmadan və ayda bir dəfə yaşayış yerlərində vətəndaşların qəbulu həyata kecirilmişdir. 2017-cı il ərzində rayon prokurorluğu tərəfindən 663 nəfər şəxs qəbul edildiyi halda, hesabat dövründə rayon prokurorluğu tərəfindən 689 nəfər şəxs qəbul olunmuşdur ki, onlardan 273-ü rayon prokuroru tərəfindən qəbul edilməklə 80 nəfəri yaşayış yerlərində qəbul edilmişdir.

Göründüyü kimi ötən ilin müvafiq dövrü ilə müqayisədə həm rayon prokurorluğuna daxil olmuş müraciətlərin, həm də qəbulda olmuş vətəndaşların sayı artmışdır.

Respublikamızda vətəndaşların hüquq tərbiyəsinin və hüquq mədəniyyətinin artırılmasına, hüquqi maarifçiliyinin inkişafına hazırki dövrdə xüsusilə ehtiyac duyulur. Bu işdə isə hüquq mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür.

Rayon prokurorluğunun əməkdaşları da bu sahədə üzərlərinə düşən məsuliyyəti dərk edərək 2018-ci il ərzində qanunçuluğun möhkəmləndirilməsi və hüquq qaydalarının təbliğinə dair gördüyü işləri Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrinin tələbləri səviyyəsində qurmağa nail olmuşlar.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində gələcək fəaliyyətimizdə zəruri tədbirlərin görülməsi təmin ediləcək, cinayətkarlığa qarşı mübarizə, dövlət maraqları, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.


Abşeron rayon prokuroru Baş ədliyyə müşaviri: R.Seyidov

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır