Ölkəmizdə ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi martın axırları-aprelin əvvəllərində paytaxtın Yasamal rayonunda açılacaq.
İlin sonuna qədər Bakıda daha üç mərkəzin açılması nəzərdə tutulub. Həmin “DOST” mərkəzləri paytaxtın Binəqədi, Nizami və Xəzər rayonlarında açılacaq.
Onu da qeyd edək ki, 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzinin açılması nəzərdə tutulur. Bunlardan 5-i Bakı, 2-i Sumqayıt, 2-i Gəncə şəhərində, qalanları isə ölkəmizin digər regionlarında fəaliyyət göstərəcək.