Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir" - PREZİDENT

Tarix:23-07-2019, 14:50

"Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir" - PREZİDENT

"Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik bir ölkəyə çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında bildirmişdir.

Prezident əlavə etmişdir ki, Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir: "Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik ki, bu gün açılışını etdiyimiz və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı XV Avropa Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə keçirəcəyimiz növbəti idman tədbirlərindən biri olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında idmanın 10 növü üzrə keçiriləcəkdir".

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib