Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov,hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, din xadimləri, eləcə də ziyalılar və ictimayyət nümayəndələri iştirak edib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışlarında Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına və “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıblar.
Qafqaz müsalmanları idarəsinin Abşeron-Sumqayıt-Xızı bölgə qazısı Rauf Sərdarov və digərləri dövlətin dinə qayğısından danışaraq, mərasimlərin qaydalara uyğun keçiriləcəyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.