Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Tarix:3-09-2019, 15:36

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final yarışına yekun vurulub.

Birincilik FHN-in Dövlət Yanğından Mühafizə Xidməti şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının nazirliyin əməkdaşları arasında daha da populyarlaşdırılması, gənclər arasında təbliği məqsədilə təşkil edilib.

Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunmuş “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun olaraq keçirilən respublika birinciliyində 14 komanda iştirak edib. Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olan hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxmaq, 100 metrlik maneəli zolağı dəf etmək və döyüş açılışını yerinə yetirməklə güclərini sınayıb.

Döyüş açılışı üzrə mübarizədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası birinci, Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi ikinci, Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası isə üçüncü yerə çıxıb.

Hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxmaq növü üzrə yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Asəf İbrahimov birinci, Tural Həzrətquliyev ikinci yerə layiq görülüblər. Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Seymur Məmmədov isə üçüncü yerlə kifayətlənib.

Yüz metrlik maneəli zolağı dəfetmə növü üzrə yarışın qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Asəf İbrahimov olub. Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Qalib Talıblı ikinci, Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Rövşən Heydərov isə üçüncü yerə çıxıb.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin komanda üzrə qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası olub. İkinci yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası, üçüncü yerə isə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

Qaliblər FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib