Ümummilli lider Heydər Əliyevin ekoloji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma və təmizlik tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur.
Növbəti təmizlik aksiyası rayonun Qobu qəsəbəsində, Azərxalça ASC-nin Abşeron filialına gedən yolun sağ və sol hissəsində keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan bu aksiyada Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”ləri də iştirak ediblər.
Daha sonra gənclər Aprel döyüşləri şəhidi əsgər Əli Heydərovun və şəhid baş leytenant Nurid Abdullayevin Qobu qəsəbəsində məzarını ziyarət edib, qəbri üstünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.