Azərbaycanın bir qrup əlilliyi olan istedadlı şəxsləri Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər. Bu münasibətdə Abşeron rayon Xırdalan şəhərində tədbir təşkil olunub.
Ümumilli Lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə İstedadlı Əlillər ictimai birliyinin , Qarabağ Əlil Döyüşçülər FF-nın , Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək, qalib olaraq ,vətənə üzü ağ dönən əlillərimizi təbrik etdi. Bildirdi ki, Ölkəmizdə eləcədə Abşeron rayonunda Əlillərin sosial təminatının yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb. iftixar hissi ilə qeyd etmək olar ki, bizim bu cür ürəyində vətən sevgisi yaşadan istedadlı Əlillərimiz var.
Daha sonra Qarabağ Əlil Döyüşmüləri FF-nın Prezidenti Rövşən Quliyev ,fedarasiyanın vitse-prezidenti Elmar Hüseynov və digərləri çıxış edərək, son illər Əlillərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs etdilər. Bildirildi ki, 4-7 oktyabr 2019- cu il tarixdə İstedadlı Əlillər İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən IVERIA - DIAMOND – 2019 adlı Beynəlxalq Festivalın qalibi oldular. Festivalda Azərbaycan, Almanıya, İzrayil, Gürcüstan, Ukrayna, Ermənistandan müxtəlif fiziki imkanları məhdud olan istedadlı insanlar iştrak etmişlər. Azərbaycanı təmsil edən İstedadlı Əlillər İçtimai Birliyinin və Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin üzvləri Bəhlul Əliyev, Aysel Əlizadə, İlqar Əhmədov, Mehrac Dünyamalıyev, Amid Həsənquluyev ilə birlikdə Milli Paralimpiya Komitəsinin əlil arabasında rəqs idmanı üzrə idmançıları Rəsul Zəkiyev və Diana Şahbazova gözəl ifaları ilə yüksək qiymətləndirilmişlər və “Qran Pri”yə sahib olmuşlar. Beynəlxalq tədbirdə Azərbaycan Xalq mahnısı olan Sarı gəlini Azərbaycan nümayəndə heyətinin istedadlı üzvü Mehrac Dünyamalıyev ifa etmişdir və festivalın aparıcısı tərəfindən "Sarı gəlin" mahnısının Azərbaycan Xalq mahnısı olduğunu və UNESCO tərəfindən qəbul edildiyi qeyd edilmişdi. Beləliklə, növbəti 2020 –ci ildə “Odlar Yurdu, Bakı -2020" adlı mahnı, rəqs və incəsənət Beynəlxalq festivalına ev sahibliyi edəcək.