Oktyabrın 9-da Xəzər dənizində maqnitudası 4,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:06-da qeydə alınıb.
Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.