Abşeron rayonunun kənd və qəsəbə yollarının daxili imkanlar hesabına yenidən qurulması işlərinə başlanılıb. İlkin mərhələ rayonun Masazır, Qobu, Mehdiabad, Saray və Fatmayi qəsəbələrinin 30-dək küçəsini və məhəllədaxili yolları əhatə edir.
Hazırda Mehdiabad qəsəbəsində Cəfər Cabbarlı , Hüseyn Cavid küçələri və digər yollarda təmir işləri aparılır. Sözügedən küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək. Eyni zamanda Mehdiabad qəsəbəsi ərazisində bu gün genişmiqyaslı təmizlik aksiyası keçirilib.