Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
2-11-2019, 10:20 Oxunub: 370

Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib

Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə uğurla həyata keçirilir. Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.
“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 31-də Abşeron rayonunda yaşayan və təhsil alan gənclər üçün layihə əsasında təlimlər keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edənlər bildiriblər ki, dayanıqlı inkişaf baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Reallıqları nəzərə alaraq, qeyd etmək lazımdır ki, bundan sonra ancaq innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə etmək imkanına malikdir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızıl”ın “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir.

Tədbirdə Dövlət İdarəçilik Akademiyası İctimai əlaqələr, elektron tədris və informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyası “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrası”nın müəllimi Miraqil Seyidzadə, Dövlət İdarəçilik Akademiyası “Politologiya” kafedrasının müəllimi, siyasi icmalçı, Zaur Məmmədov, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin şöbə müdiri, AQRO Konsultasiya Mərkəzi MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə, Dövlət İdarəçilik Akademiyasının tələbələri Zərif Qazi, Rəhiməxanım Mürşüdlü və digərləri çıxış edərək cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçiminin əhəmiyyətindən danışıblar.

Natiqlər peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının önəmini, onun təşviqinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatı olmaqla bərabər, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından vacibdir.

“Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

XƏBƏR LENTİ
11-11-2019, 19:40 | 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür9-11-2019, 23:31 | Xırdalanın 3 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edilib - FOTOLAR9-11-2019, 15:29 | Xırdalan 10 saylı məktəbin Bayraq Günü fləşmobu9-11-2019, 15:20 | Ceyranbatanın 1 saylı məktəbində şagirdlər arasında breyn-rinq yarışı keçirilib - Video9-11-2019, 14:44 | 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü9-11-2019, 14:12 | İradə Gülməmmədova yarmarkada oldu, tapşırıqlar verdi - FOTOLAR8-11-2019, 16:54 | Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi - FOTOLAR7-11-2019, 16:06 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq7-11-2019, 15:48 | Qaldırılan məsələlər vaxtında yerinə yetirilir7-11-2019, 15:25 | İradə Gülməmmədova Saray qəsəbəsində səyyar qəbul keçirdi - Foto6-11-2019, 16:57 | Körpə fidanlar möhtəşəm Bayraq Günü qeyd etdilər - FOTOLAR6-11-2019, 14:32 | Xırdalanın 27 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi5-11-2019, 19:52 | Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO5-11-2019, 14:27 | Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO5-11-2019, 14:08 | Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib4-11-2019, 08:34 | Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 10:20 | Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib2-11-2019, 09:49 | Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib2-11-2019, 09:23 | Abşeronda bayraq gününə həsr edilmiş yarışlar və əyləncəli oyunlar keçirilib - VİDEO - FOTO2-11-2019, 08:56 | Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 08:42 | Xırdalanda Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib1-11-2019, 13:31 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi