Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
25-11-2019, 15:35 Oxunub: 289

"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib

"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib


"Yaşıl Patrul" Ekoloji İctimai Nəzarətin yaradılması və qərargahlarının təşkili” ümumrespublika marafonu layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib. Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 4-cü Grant Müsabiqəsinin qalibi olmuş layihə "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tərəfindən həyata keçirilir.

Abşeron RİH-nin, mədəniyyət, təhsil, səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə çıxış edərək, layihə haqqında məlumat verib, heyvanlarla rəftar, onlara sivil nəzarət sahəsində müasir dünya təcrübəsindən, heyvanlara münasibətdə rəhmsiz davranmanın cəmiyyətə əks təsiri və bu halları aradan qaldırmaq üçün könüllü ekoloji nəzarətin vacibliyindən danışıb.

Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ətraf mühitin qorunması sahəsində həyata keçirilən işlərdən söz açıb, bu istiqamətdə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə "Bağışlanılmaz səhv" qısametrajlı filmi və "Heyvanlar bizə nə demək istəyir" adlı sosial sənədli filmi nümayiş olunub. Bədii hissədə ekoloji mövzuda mahnılar ifa edilib.

Toplantıda iştirakçılara flayer və bukletlər paylanıb, ekoloji sorğu keçirilib. Sonra Abşeron rayonu üzrə “Yaşıl Patrul” nümayəndəlikləri müəyyənləşdirilib, ekoloji və bioaləmlə bağlı problemlərə uyğun olaraq fəaliyyət planı işlənilib.

"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib
"Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Abşeron rayonunda keçirilib

XƏBƏR LENTİ
Bu gün, 16:47 | Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edibBu gün, 15:43 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 13:16 | “Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirBu gün, 13:12 | Abşeron və İsmayıllı musiqi məktəblərinin dostluq əlaqələri genişlənirBu gün, 12:52 | Təhsil Nazirliyi: Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcəkDünən, 17:51 | Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu - FOTOLAR3-12-2019, 20:53 | Məhəmməd Həsənov doğum günündə təltif olundu3-12-2019, 08:28 | Komitə sədri Hicran Hüseynova Abşeronda vətəndaşları qəbul edəcək2-12-2019, 19:40 | Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi2-12-2019, 18:17 | İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirdi1-12-2019, 11:08 | Abşeron idmançısı ən gənc boksçu titulunun və Azərbaycan birinciliyinin sahibi oldu1-12-2019, 10:45 | Xırdalanın mərkəzi prospekti təmir olunacaq - ATV1-12-2019, 10:32 | Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu30-11-2019, 15:41 | İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidində ağsaqqallar və dindarlarla görüşdü29-11-2019, 15:02 | Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib29-11-2019, 13:26 | Abşeron musiqi məktəblərinin kollektivləri Gürcüstanda maraqlı konsert proqramı ilə çıxış ediblər28-11-2019, 16:48 | Görədil kəndində narkomaniyaya qarşı tədbir keçirilib28-11-2019, 16:21 | Minlərlə Abşeronlu sosial şəbəkələrdə cənab Prezidentə təşəkkür etdi28-11-2019, 15:05 | İradə Gülməmmədova növbəti dəfə Fatmayı sakinlərilə görüşdü27-11-2019, 17:38 | Prezidentdən Xırdalan sakinlərinə ŞAD XƏBƏR27-11-2019, 15:49 | Milli Amalçılarla görüşlərə start verildi26-11-2019, 17:00 | “Nə gözəldir barlı payız” adlı açıq məşğələ keçirilib