Bu günlərdə Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında ehtiyatsızlıqdan yanğın baş verib və nəticədə mənzil sahibi Abdullayev Əshab Şahvələt oğluna maddi ziyan dəyib. Bununla bağlı Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova dərhal aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib, hadisəni öz nəzarəti altında saxlayıb. Məhz xanım başçının tapşırığı nəticəsində zərərçəkən mənzil sahibinin evinə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov və digər qurumların məsul şəxsləri tərəfindən baxış keçirilib.
Mənzilə dəymiş ziyanın bərpasına köməklik göstərilməsi məqsədi ilə İradə Gülməmmədovanın tapşırığına əsasən vətəndaşa birdəfəlik maddi yardım ödənilib.