Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib

Tarix:2-04-2020, 23:30
Baxış Sayı:285

Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib


Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mücadiləsi tarixində şanlı səhifələr çox olmuşdur. Xalqımızın igid və qəhrəman oğulları bu yolda canlarından keçmiş, həyatlarını qurban vermişlər. Tariximizin belə səhifələrindən biri də 2016-ci ilin aprel hadisələridir.Bəli növbəti böyük qalibiyyətimizdən 2016 -cı ilin Aprel ayında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdən 4 il ötdü. Lakin illərin ötüb keçməsinə baxmayaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan soydaşlarımızın xatirəsi bizim qəlbimizdə bu gün kimi, dünənki kimi daim yaşayacaq. Şəhid olan oğullarımız sırasında 2016-ci ilin aprel ayında Lələtəpə yüksəkliyi və ətraf ərazilərin ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda döyüşlərdə Abşeron rayonundan Şəhid olan Qobu qəsəbə sakini Əli İntiqam oğlu Heydərovda var.

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə şəhidin doğulub boya-başa çatdığı Qobu qəsbəsində şəhidin ailəsilə görüşüb.
Millət vəkili şəhidin ailəsinə başsağlığı verib və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.

Bildirib ki, dördgünlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.

Şəhidin atası İntiqam Heydərov şəhid ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan danışaraq, şəhid ailələrinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin arxasında olduğunu bəyan edib.

Daha sonra Ş.Seyidzadə Qobu qəsəbəsindəki Şəhidlər kompleksi ilə tanış olub. Əvvəlcə kompleksin önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilib, önünə tər-çiçək dəstələri qoyulub. Şəhidin ruhuna dualar oxunulub.

Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib
Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib
Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib
Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.