Aparılan təmir-tikinti işləri ilə əlaqədar Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, buna görə də sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.