Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ağdamın işğalından 27 il ötür

Tarix:23-07-2020, 09:05
Baxış Sayı:853

Ağdamın işğalından 27 il ötür

Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.
Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar.

Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə yerləşiblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Abşeronda gənclərlə video konfrans keçirildi
Abşeronda gənclərlə video konfrans keçirildi
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Yeni Təhsil naziri kimdir?
Yeni Təhsil naziri kimdir?
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Respublikada 22 su kanalı yenidən qurulacaq
Respublikada 22 su kanalı yenidən qurulacaq
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Ağdamın işğalından 27 il ötür
Ağdamın işğalından 27 il ötür